Azərbaycan klubunda gərginlik - Futbolçular baş məşqçidən narazıdır

7 Noyabr 2025 18:20 I Divizion 3 305
Azərbaycan klubunda gərginlik - Futbolçular baş məşqçidən narazıdır

"Ordu"da narazılıq dalğası böyüyür.

Səbəb komandanın göstərdiyi oyun və nəticələrdir.

Halbuki rəhbərlik mövsümə böyük iddialarla başlamışdı.

Hətta qeyri-rəsmi məlumatlara görə komandanın formalaşması, uğurlu olması üçün yayda 1 milyon manat məbləğində maliyyə ayrılıb.

Birinci liqa üçün kifayət qədər böyük rəqəmdir.

Amma baş məşqçi İlham Yaddullayev ümidləri doğrultmur.

İş o həddə çatıb ki, futbolçular arasında çalışdırıcıdan rəhbərliyə şikayət edənlər var.

Xatırladaq ki, 7 turdan sonra 5 xal toplayan "hərbiçilər" turnir cədvəlində 10 komanda arasında 8-ci sıranı tutur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti