“Şəfa” Mingəçevirdə istəyinə çatdı, “Səbail” MOİK-i uddu, “Cəbrayıl” yenildi

5 Noyabr 2025 22:40 I Divizion 929
“Şəfa” Mingəçevirdə istəyinə çatdı, “Səbail” MOİK-i uddu, “Cəbrayıl” yenildi

Bu gün I Liqada yeddinci tur start götürüb.

Sportinfo.az xəbər verir ki, ilk oyun günü 3 qarşılaşma keçirilib.

Lider "Şəfa" üçüncü yerdəki "Mingəçevir"in qonağı olub və qələbə qazanıb.

Liderin izləyicisi olan "Səbail" 8-ci sıradakı MOİK-i üstələyib. 4-cü yerdəki "Bakı Sportinq" isə 7-ci pillədəki "Cəbrayıl"ı məğlub edib.

Turun digər 2 qarşılaşması sabah keçiriləcək.

“Baku Sportinq” – “Cəbrayıl” 2:0

Qollar: C.Muxtarlı, 37, E.Vəliyev, 61

Hakimlər: Ruslan Quliyev, Rəşad Quliyev, Sənan Atayev, Murad Səlimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Buzovna qəsəbə stadionu, 14:00

“Mingəçevir” – “Şəfa” 2:3

Qollar: S.Məmmədov, 32, K.Kalunqa, 80 - P.Azadov, 35, T.Quliyev, 45+2, Ə.İbrahimzadə, 90+1

Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Orxan İbişov, Şamil İmanzadə
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Asif Əliyev
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:00

“Səbail” – MOİK 1:0

Qol: T.Əlizadə, 31

Hakimlər: Alik Yunusov, Nurlan Əhmədzadə, Elman Kərimov, Əkbər Əhmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”, 15:00

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu