“Çox istəyərəm ki, karyeramı Premyer Liqada başa vurum”.
Bu sözləri Sportinfo.az-a açıqlamasına “Şəfa”nın kapitanı Tərlan Quliyev deyib.
Millinin sabiq müdafiəçisi 10 ildən çox Premyer Liqada oynasn da, ikinci ildir aşağı liqalarda forma geyinir.
Artıq 33 yaşının olmasını nəzərə alsaq, karyerasını elitada başa vurmaq kimi arzusu var, yoxsa liqa fərq etmir?
“Neftçi”nin yetirməsini dinləyək:
“Hər bir futbolçu öz orqanizminə bələddir. Fiziki durumumu bildiyimə görə daha 2 il oynaya biləcəyimi düşünürəm.
Allahın izni ilə “Şəfa”yla Premyer Liqaya yüksələrik. Demirəm, 34-35 yaşımda “Qarabağ”, “Sabah”, “Neftçi” kimi rəqiblərə qarşı rahat oynayaram.
Ancaq bu gün Premyer Liqada 4-5 komanda var ki, onlara qarşı layiqincə mübarizə aparmaq olar. Hətta indiki “Şəfa” belə, onlara qarşı başabaş oynayar”.

