Bu liqada dörd komanda pul verməli olacaq - AFFA-ya

08:40 I Divizion 175
Bu liqada dörd komanda pul verməli olacaq - AFFA-ya

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda I Liqanın VI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

22.10.2025-ci il tarixində I Liqada VI turun “Şimal” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

22.10.2025-ci il tarixində I Liqada VI turun MOİK – “Baku Sportinq” oyununun 68-ci dəqiqəsində “Baku Sportinq” komandasının 6 nömrəli futbolçusu Hüseyn Babayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Baku Sportinq” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

23.10.2025-ci il tarixində I Liqada VI turun “Zaqatala” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

23.10.2025-ci il tarixində I Liqada VI turun “Zaqatala” – “Mingəçevir” oyununda topdaşıyan və xərəkdaşıyanların say tərkibi pozulduğuna görə “Zaqatala” komandası 600 manat cərimə edilsin (maddə 59.1);

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 22:20 Rəşad Sadiqov fərqi...