«Səbail»in keçmiş baş məşqçisi Cavid Hüseynov növbəti dəfə «Cəbrayıl»a dönüb.
Mütəxəssis qeyri-rəsmi olaraq I Liqa komandasının sükanı arxasına keçib.
O, burada Bəxtiyar Soltanovu əvəzləyib.
Fəqət, onun köməkçilərinə toxunmayıb. Hüseyn Axundov və Toğrul Əhmədovu işində saxlayıb.
Hüseynovun təsisçisi olduğu klubda de-yure çalışmaması gözləntiləri ilə bağlıdır. O. I Liqada qalmaq uğrunda mübarizə aparan «Cəbrayıl»dansa, özünü iddialı komandaların birində görür.
Bu, Premyer Liqanın hansısa təmsilçisi də ola bilər, I Liqanın iştirakçısı da.
«Cəbrayıl» bir növ onun özünküdür. İstədiyi vaxt gələr, istədiyi vaxt gedər. Kimdir ona burada «gözünün üstündə qaşın var» deyən? Həm ağadır, həm ağabala.
«Cəbrayıl» I Liqanın geridə qalan 6 turunda 6 xal toplayıb. Qarabağın eyniadlı rayonunu təmsil edən komanda bu göstərici ilə turnir cədvəlinin yeddinci pilləsində yerləşib.
SPORTİNFO.AZ

