“Şəfa” əsas rəqibinə qalib gələ bilmədi, “Mingəçevir” və “Cəbrayıl” sevindi

23 Oktyabr 2025 19:20 I Divizion 921
“Şəfa” əsas rəqibinə qalib gələ bilmədi, “Mingəçevir” və “Cəbrayıl” sevindi

I Liqada 6-cı tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu gün üç oyun baş tutub.

Turun mərkəzi matçı “Şəfa” ilə “Səbail” arasında olub. Liderlərin dueli “sülh”lə yekunlaşıb. “Şəfa” 16 xalla liderdir. “Səbail” isə onlardan 2 xal geri qalır.

Digər matçlarda “Cəbrayıl” “Şahdağ Qusar”a, “Mingəçevir” isə “Zaqatala”ya qalib gəlib.

“Şəfa” – “Səbail” 2:2
Qollar:
E.Cəfərov, 11, N.Əliyev, 45+2 – E.Rüstəmov, 25, K.Quliyev, 30.

“Zaqatala” – “Mingəçevir” 2:3
Qollar:
R.Şabanov, 24 (pen), K.Kazımov, 43 – K.Kalunqa, 7, 73, S.Abdullayev, 30.

“Cəbrayıl” – “Şahdağ Qusar” 3:1
Qollar:
B.Soltanov, 4, S.Hüseynli, 39, D.Açimi, 47 – S.Ağalarov, 67.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti