Azərbaycan millisinin qazaxlarla oyunları kimlərə tapşırıldı?

03:40 I Divizion 98
Azərbaycan millisinin qazaxlarla oyunları kimlərə tapşırıldı?

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 21-dən 28-dək Qazaxıstanın Çimkənd şəhərində təlim-məşq toplanışında olacaq.

Sportinfo.az xəbər verir ki, millimiz toplanış çərçivəsində oktyabrın 24-də və 27-də Qazaxıstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.

Milliyə çağırılan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:

  1. Aytac Şərifova – Yüksekova (Türkiyə)
  2. Nərgiz Əliyeva – Fatih Vətən (Türkiyə)
  3. Nigar Mirzəliyeva – Zenit (Rusiya)
  4. Manə Mollayeva – Neftçi
  5. Jalə Məhsimova – Yüksekova (Türkiyə)
  6. Kristina Bakarandze – Liman
  7. Fidan Cəfərova – Hakkarigücü (Türkiyə)
  8. Kamilla Məmmədova – Yelimay (Qazaxıstan)
  9. Coşqunə Əliyeva – Neftçi
  10. Sevinc Cəfərzadə – Yüksekova (Türkiyə)
  11. Ayşən Əhmədova – Amed Spor (Türkiyə)
  12. Alina Dorofeyeva – Rubin Kazan (Rusiya)
  13. Ayşən Salamzadə – Neftçi
  14. Alina Nəhmədova – Neftçi
  15. Aysun Muradova – Haymana Spor (Türkiyə)
  16. Peritan Bozdağ – Fənərbağça (Türkiyə)
  17. Xanım Əsədova – Neftçi
  18. Vüsalə Seyfəddinova – Neftçi
  19. Nərgiz Hacıyeva – Aktobe (Qazaxıstan)
  20. Firəngiz Teymurova – Neftçi (Azərbaycan)
  21. Vüsalə Hacıyeva – Yüksekova (Türkiyə)
  22. Mədinə Curuqova – Neftçi
  23. Esra Manya – Beşiktaş (Türkiyə)

24 oktyabr
Qazaxıstan (Qadınlar) – Azərbaycan (Qadınlar)
Çimkənd şəhər stadionu. Saat 19:00
Baş hakim: Gulşoda Saidkulova
Baş hakimin köməkçiləri: Kristina Sereda, Xayriniso Erkiniva
Dördüncü hakim: Roziyabonu Yusupova
(Hakimlər briqadası Özbəkistandandır)

27 oktyabr
Qazaxıstan (Qadınlar) – Azərbaycan (Qadınlar)
Çimkənd şəhər stadionu. Saat 14:00
Baş hakim: Roziyabonu Yusupova
Baş hakimin köməkçiləri: Kristina Sereda, Xayriniso Erkiniva
Dördüncü hakim: Gulşoda Saidkulova
(Hakimlər briqadası Özbəkistandandır)

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM