Bu liqada 2400 manatlıq söyüş söyüldü

03:00 I Divizion 117
Bu liqada 2400 manatlıq söyüş söyüldü

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Birinci Liqanın 5-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Səbail” – “Zaqatala” oyununda “Zaqatala” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilib.

MOİK – “Cəbrayıl” oyununun 64-cü dəqiqəsində MOİK komandasının 8 nömrəli futbolçusu Zeynəddin Abdurahmanov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, MOİK komandası 2400 manat cərimə edilib.

MOİK – “Cəbrayıl” oyununun matçöncəsi iclasında polis nümayəndəsi olmadığına görə MOİK komandası 450 manat cərimə edilib.

MOİK – “Cəbrayıl” oyununa təcili tibbi yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə MOİK komandası 600 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM