Bölgə klubu forma almağa pul tapmadı, bu addımı atdı - VİDEO

19 Oktyabr 22:05 I Divizion 1 218
Bölgə klubu forma almağa pul tapmadı, bu addımı atdı - VİDEO

I Liqada mübarizə aparan “Şahdağ Qusar” maraqlı addımla diqqət çəkib.

Şimal təmsilçisi mövsümlük geyim dəstinin xərcini qarşılamaq üçün azarkeşlərin dəstəyinə bel bağlayıb.

Belə ki, klubun İdarə Heyətinin sədri və komandanın kapitanı sosial şəbəkə səhifəsində qusarlı fanatlara səslənib:

“Əziz azarkeşlərimiz, klubumuzun rəmzlərini üzərində daşımaq və komandamıza dəstək olmaq üçün bio-dakı linkdən qeydiyyatdan keçərək azarkeş dəstini əldə edin.

Satışdan əldə olunan 7380 AZN gəlir ilə klubun ümumi geyim dəstlərinin xərci qarşılanacaq”.

Maraq üçün bildirək ki, azarkeş dəsti klubun formasından və şərfindən ibarətdir.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu