Premyer Liqaya yaxın görünən klub gözünü nazirliyin məkanına dikib!

15:00 I Divizion 301
Premyer Liqaya yaxın görünən klub gözünü nazirliyin məkanına dikib!

Ədliyyə Nazirliyinin balansında olan stadion «Şəfa»ya icarəyə verilə bilər.

I Liqada debüt mövsümünü kençirən klub bu arenadan istifadə üçün qarşı tərəfə müraciət edib.

Hazırda danışıqlar gedir. Premyer Liqaya vəsiqə qazanmağı hədəfləyən paytaxt təmsilçisinin rəhbərliyinin məqsədi «Dərnəgül» metrosu yaxınlığında yerləşən ərazini uzunmüddətli icarəyə götürməkdir.

Razılıq əldə olunarsa, burada baza tikiləcək: iki məşq meydançası salınacaq. Həmçinin futbolçuların qalması üçün otel inşa ediləcək.

Layihə demək olar masanın üzərindədir. Bunun üçün istənilən qədər büdcə ayrılacaq. Təki nazirlik onların müraciətini müsbət cavablandırsın.

Elgiz Kərəmlinin çalışdırdığı komanda yeni sezona əla start götürüb. Liqada ilk 5 turu qələbə ilə başa vurmağı bacaran yeganə iştirakçı onlardır və 15 xalla turnir cədvəlinə başçılıq edirlər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti