
I Liqada 5-ci tur start götürüb.
Turun ilk qarşılaşması “ASCO Arena”da “Səbail ilə “Zaqatala” kollektivləri arasında baş tutub.
Sportinfo.az xəbər verir ki, Elvin Məmmədovun rəhbərlik etdiyi "Səbail" Kamran Quliyevin 84-cü dəqiqədə vurduğu yeganə qolla 1:0 hesablı qələbə qazanıb.
“Səbail” 5 turdan sonra 4 qələbə və 1 heç-heçəlik nəticə ilə aktivinə 13 xal yazdırıb. Komanda 6-cı turda liqadakı əsas rəqibi olan “Şəfa”nın qonağı olacaq.
Oktyabrın 23-də Binə qəsəbə stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək.
“Səbail” - “Zaqatala” 1:0
Qol: Kamran Quliyev, 84
“ASCO Arena”. 100 tamaşaçı
Baş hakim: Səbuhi Bayramov
Baş hakimin köməkçiləri: Aydın Bəxşiyev, Sənan Atayev
Dördüncü hakim: Rövşən Rəcəbov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sarı vərəqələr: Paulo Rikardo, 37 (qeyri-idman hərəkəti); Kamran Quliyev, 90+6 (oyunun bərpasının ləngidilməsi) // Kabamba Mardok, 44 (qeyri-idman hərəkəti); Habibu Abdurəşid, 62 (qeyri-idman hərəkəti)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Rüstəm Məmmədov, 35 (hakimin qərarına etiraz); Nəsib Əliyev (“Zaqatala”), fasilədə (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 6 dəq.
“Səbail”
1. Rəşad Əzizli
17. Rəhman Hacıyev
(7. Nicat Süleymanov, 90+1)
4. Səbayıl Bağırov
39. Sadiq Quliyev
74. Yusif Nəbiyev (k)
8. Bahadur Həziyev
(99. Emil Qasımov, 78)
30. Kamran Quliyev
21. Paulo Rikardo
(15. Fəxri Məmmədli, 63)
14. Turan Vəlizadə
83. Afonso Almeyda
(5. Mohamed Sako, 78)
3. Zahir Mirzəzadə
(11. Asim Əlizadə, 63)
Ehtiyat oyunçular:
12. Vüsal Şabanov
19. Tuqay Əlizadə
16. Emin Rüstəmov
89. Ömər Qurbanov
6. Azad Əsgərov
44. Murad Mustafayev
18. Fariz Hüseynov
Baş məşqçi: Elvin Məmmədov
“Zaqatala”
89. Amin Ramazanov
2. İlkin Qırtımov (k)
77. Sərxan Abdullayev
8. Roini İsmayılov
10. Rəhman Şabanov
70. Mətin Qəhrəmani
20. Mahir Həsənov
17. Kamal Kazımov
(27. Mahmud Məmmədov, 88)
19. Kabamba Mardok
13. Okan Təhməzli
9. Habibu Abdurəşid
(7. Asim Babazadə, 88)
Ehtiyat oyunçular:
12. Məmməd Muradov
33. Kənan Müslümov
16. Yusif Dilanov
34. Davud Mahmudov
5. İbrahim Məmmədov
18. Matondo Lumbu Preddi
57. Bahadur Quliyev
15. Cavad Kərimov
Baş məşqçi: Rüstəm Məmmədov