“Mingəçevir” 3 qol vurdu, “Difai” və “Cəbrayıl” uduzdu

19:20 I Divizion 180
“Mingəçevir” 3 qol vurdu, “Difai” və “Cəbrayıl” uduzdu

I Liqada 5-ci turun oyunları davam edir.

Sportinfo..az xəbər verir ki, bu gün daha 3 oyun keçirilib.

Günün ilk matçında MOİK "Cəbrayıl"ı böyük hesabla üstələyib.

Digər görüşlərdə "Mingəçevir" "Şimal"a, "Şahdağ Qusar" isə "Difai"yə qalib gəlib.

Tura sabah keçiriləcək "Baku Sportinq" - "Şəfa" oyunu ilə yekun vurulacaq.

MOİK – “Cəbrayıl” 4:1

Qollar: S.Fərəcov, 7, 48-pen; 80, E.Məmmədov, 51 - T.Əhmədov, 77
Hakimlər: Mahmud Bağırzadə, Rəhman Aslanov, Elman Kərimov, Murad Səlimov
Binə qəsəbə stadionu

“Mingəçevir” – “Şimal” 3:1

Qollar: A.Usman, 42, 57, R.Cəfərli, 55 - X.Bədirov, 17
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, İslam Məmmədov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

“Difai” – “Şahdağ Qusar” 1:2

Qollar: H.Şirəliyev, 32 - S.Ağalarov, 37, F.Camalov, 42-pen.
Hakimlər: Ruslan Quliyev, Elmin Süleymanov, Safalı Ağayev, Namiq Bəkirov
Ağsu şəhər stadionu

Digər Xəbərlər
Xəbər Lenti