.jpg)
MOİK baş məşqçisi ilə bağlı qərar verib. Yayda sükan arxasına keçən İlham Yədullayev postunda saxlanılıb.
Klub rəhbərliyi buradan ayrılmaq istəyən mütəxəssisin istefasını qəbul etməyib.
Vəziyyət belədir: onunla futbolçular arasında problem yaranıb.
İyunda ordu klubundan gələn təklifi qəbul edən İlham Yədullayev I Liqanın ilk dörd turunda qeydə alınan uğursuz nəticələrə görə oyunçulardan narazı qalıb.
O, «Şəfa»ya 1:3 hesablı məğlubiyyətdən sonra komanda üzvləri ilə söhbətləşib və yekunda halallaşıb.
MOİK ilə yanaşı, U-18 yığmasını da çalışdıran mütəxəssis bildirib ki, burada özünü yaxşı hiss eləmir, çünki kollektivdən özünə adekvat münasibət görmür.
Futbolçuları qeyri-etik hərəkətlərə yol verməkdə qınayan Yədullayev deyib ki, belə yerdə işləmək ona xoş deyil və qalarsa, vəziyyətin qaydasına düşəcəyinə artıq inanmır:
«Stadiona gələnlərin hamısı məni tanyır, siz isə meydanda bir-birinizin ünvanına söyüş işlədirsiz. Bu qədər uduzmaq olmaz».
Rəhbərlik araşdırma aparıb və problemin kökünü üzə çıxarıb. Oyunçuların Yədullayevi qəbul etməməsi, ona inanmaması onlara məlum olub.
Komanda üzvləri Yədullayevi yaxşı insan kimi xarakterizə eləsə də, məşqçi təcrübəsinin az olmasından, nizam-intizam yarada bilməməsindən şikayətlənib.
Hər şeyə rəğmən, yönətim mövqeyindən geri çəkilməyib. Çalışdırıcıya «biz səni istefaya göndərməyəcəyik» deyilib.
Onun diqqətinə çatdırılıb ki, nəticələrdən asılı olmayaraq, mövsümün sonunadək burada işini davam etdirəcək.
SPORTİNFO.AZ