Premyer Liqaya iddialılar iş başında - İki oyundan CANLI YAYIM

16:20 I Divizion 236
Premyer Liqaya iddialılar iş başında - İki oyundan CANLI YAYIM

I Liqada birinci tur davam edir.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçiriləcək.

"Şəfa" Binədə "Şimal"ı qəbul edəcək. "Mingəçevir" isə Bayılda "Səbail"in qonağı olacaq.

Liqada yeni mövsüm ötən gün oynanılan 2 görüşlə başlayıb. "Şahdağ Qusar" MOİK-i, "Zaqatala" isə "Cəbrayıl"ı üstələyib.

Tura sabah keçiriləcək “Baku Sportinq” – “Difai” oyunu ilə yekun vurulacaq.

“Şəfa” – “Şimal”
Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Mirnihat Seyidov, Əkbər Əhmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Binə qəsəbə stadionu, 16:30

“Səbail” – “Mingəçevir”
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, Murad Səlimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldar Məmmədov
“ASCO Arena”, 19:00

Digər Xəbərlər
Xəbər Lenti