
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin böyük oğlu Kərim Diniyev özünə yeni iş yeri tapıb.
O, I Liqada mübarizə aparan «Baku Sportinq»lə müqavilə bağlayıb. Gənc mütəxəssis Röyal Nəcəfovun əsas köməkçisi təyin edilib.
2023-cü ilin dekabrından ötən ilin noyabrına kimi «Səbail»də atasının yardımçısı funksiyasını yerinə yetirmiş K.Diniyev son olaraq «Difai»də fəaliyyət göstərib.
«Fədailər»in I Liqada yerini qoruması yolunda xeyli əziyyət çəkib.
İndi isə o, Buzovna təmsilçisinə eyni fikirlə xidmət göstərəcək.
Qəsəbə təmsilçisinin baş məşqçi postunda Elman Sultanovu əvəzləmiş R.Nəcəfov K.Diniyevlə yanaşı, Seymur Bəydəmirovu özünə köməkçi götürüb. Sonuncu qapıçılarla çalışacaq.
SPORTİNFO.AZ