
Ölkənin tibb sektorunun brendlərindən biri olan «City Hospital» futbola dəstək verməkdə davam edir.
Artıq Bakıda yeni ünvanda fəaliyyət göstərən hospital yenə «Difai»yə dayaqdır.I
Liqada mübarizə aparan klubun futbolçuları hər yay olduğu kimi, sözügedən xəstəxanada ibbi baxışdan keçirilib.
Tanınmış cərrah Bayram Qorçıyevin rəhbərlik etdiyi «City Hospital» 2023-cü ildən «fədailər»in tərəfdaşıdır.
Tibb müəssisəsi ilk gündən Qarabağ qazilərinin təmsilçisinə təmənnasız hərtərəfli yardım göstərib.
B.Qorçıyevin oğlu Cavidan Qorçıyev «Difai»nin vitse-prezidenti postunu tutub. Onun böyük maddi-mənəvi köməkliyi sayəsində komanda I Liqada yerini qorumağı bacarıb.
C.Qorçıyev Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunda könüllü xidmət üçün müraciət edib.
Həmçinin 44 gün ərzində və ondan sonra əsgərlərə yardım kampaniyasının ən fəallarından olub. Şəxsi «Pikap»ını hərbiçilərə bağışlayıb.
SPORTİNFO.AZ