Daxili çəkişmələrdən başı ayılmayan komanda kimə tapşırıldı?

30 Avqust 2025 11:40 I Divizion 1 298
Daxili çəkişmələrdən başı ayılmayan komanda kimə tapşırıldı?

Elman Sultanovu görəvindən azad edən «Baku Sportinq» rəhbərliyi gözlənilən addımı atıb.

Daxili qalmaqallardan başı ayılmayan Buzovna təmsilçisi Röyal Nəcəfova tapşırılıb.

Hələlik bu təyinat rəsmən açıqlanmayıb. Amma komanda yeni baş məşqçisi ilə ilk yoxlama matçına çıxıb.

«Baku Sportinq» II Liqanın debütantı olan «Xankəndi» ilə qarşılaşıb. Görüş Region Liqasının son qalibinin qələbəsi ilə başa çatıb - 3:2.

I Liqada növbəti mövsüm sentyabrın ikinci yarısında start götürəcək. Qəsəbə kollektivi həmin tarixədək daha 2 yoxlama görüşündə qüvvəsini sınamağı planlaşdırır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA