
«Baku Sportinq»də aləm yenə bir-birinə qarışıb.
I Liqada növbəti mövsümün startına az qalmış Elman Sultanovun postundan ayrılması təkrar gündəmə gəlib.
İki ildir Buzovna təmsilçisini çalışdıran mütəxəssislə rəhbərlik və futbolçular arasında qarşıdurma şiddətlənib.
Nəticədə baş məşqçinin qapıçılar üzrə köməkçisi Toğrul Əhmədov artıq buranı tərk etməli olub. Ən qısa zamanda isə Sultanovun özünün və köməkçilərinin iş yerindən ayrılması gözlənilir.
Tərəflər arasında narazılığın kökündə baş məşqçinin oyunçularla gərgin münasibəti dayanır. Komanda üzvləri dəfələrlə Sultanovun sərt davranışından yönətimə şikayət edib.
Sükançı tərəfindən bəzən təhqirə məruz qaldıqlarını iddia eləyiblər. Dediklərinə görə, Sultanov onlara sayğısız yanaşır, pis rəftarı ilə ümumi ab-havanı korlayır.
SPORTİNFO.AZ