
2014-cü ildən I Liqada mübarizə aparan «Zaqatala» yeni mövsümə də himayədarsız başlayacaq.
Əldə etdiyimiz məlumata görə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun səyləri heç bir nəticə verməyib.
Zaqataladan olan funksionerin doğma rayonunun təmsilçisinə sponsor tapmaq cəhdləri son anda boşa çıxıb. Onun danışıqlar apardığı şirkətlər kluba maliyyə dəstək vermək fikrindən vaz keçib.
Odur ki, «yaşıllar» dövlət tərəfindən ayrılan maliyyə yardımı ilə çıxışını davam etdirmək məcburiyyətində qalıb.
Bununla, «Zaqatala»nın bütün planları pozulub. Görülməsi gündəmə gələn işlər qeyri-müəyyən müddətə kimi ertələnib.
İndi nə stadion təmir olunacaq, nə də baza. Məşqçi və futbolçuların maaşı da artırılmayacaq.
Öncə hansı pulu alırdılarsa, yenə o məbləğlə kifayətlənməli olacaqlar.
SPORTİNFO.AZ