Vəzifədən gedən şəxsin imtina etdiyi kluba bundan sonra kim(lər) baxacaq?

14:00 I Divizion 661
Vəzifədən gedən şəxsin imtina etdiyi kluba bundan sonra kim(lər) baxacaq?

"Şahdağ Qusar"da yeni təyinat olub. Rahid Əmirquliyev klubun prezidenti təyin olunub.

O, klub rəhbəri olmaqla yanaşı, futbolçu karyerasını da davam etdirəcək.

36 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Xəzər Lənkəran", "Qarabağ" və "Səbail"də də çıxış edib. Azərbaycan millisinin heyətində 60 oyun keçirib.

Əmirquliyev məcburiyyətdən bu yükün altına girib. «Azenko»nun imtinasından sonra Qusar təmsilçisinin dağılması gündəmə gəldiyindən, o, əlini daşın atına qoyub.

«Azərenerji» ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin klubu maliyyələşdirməkdən boyun qaçırmasıyla problem girdabına düşən II Liqanın son çempionu indi yalnız AFFA-nın ayırdığı yardım paketinin ümidinə qalıb.

«Şahdağ»a dəstək məqsədilə Qusar rayon İcra Hakimiyyətində (İH) bir neçə görüş keçirilib. İH mövcud imkanlar daxilində kluba kömək edəcək.

Həmçinin rayonda fəaliyyət göstərən bəzi iş adamları və restoran sahibləri «Şahdağ»a az-maz maliyyə ayırmağa söz verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti