
Yeni mövsümün hazırlıqlarına start verən «Difai» bu gün növbəti yoxlama görüşünü keçirib.
Araz Bağırovn çalışdırdığı komanda I Liqanın debütantı «Şimal» ilə üz-üzə gəlib.
«Neftçi»nin Bakıxanov qəsəbəsində yerləşən bazasında təşkil olunan matç «fədailər»in qələbəsiylə başa çatıb - 4:1.
Qarabağ qazilərinin təmsilçisinin heyətində Xaqani Sadıxov və Bayraməli Qurbanov dubla imza atıb.
«Difai» geridə qalan həftələrdə 3 belə qarşılaşmada qüvvəsini sınayıb. Komanda «Sumqayıt»ın 19 yaşlılarına 3:1, «Sabah»ın əvəzedici heyətinə 3:2 hesabıyla qalib gəlib, «Baku Sportinq»ə uduzub - 0:2.
SPORTİNFO.AZ