
“Şəfa” I Liqada debüt mövsümünə legionerlə başlayacaq.
Paytaxt təmsilçisi Amir Ebrahimzadehlə anlaşıb.
21 yaşlı mərkəz hücumçusu ilə 1 illik müqavilə imzalanıb.
“Traktor”un yetirməsi olan Ebrahimzade əsas komandada da çıxış edib. Onun son klubu “Aluminium Arak” olub.
İranın U-16, U-19, U-20 və U-23 yığmasında forma geyinmiş forvard bir həftə ərzində baxışdan keçib. Arazın o tayından gəlmiş ön xətt oyunçusu “Neftçi-2“ ilə yoxlama görüşündə göstərdiyi performansla bəyənilib.
Belə ki, o, dubla imza atmaqla “Şəfa“ya 2:1 hesablı qələbə qazandırıb.
II Liqada ikinci yeri tutaraq bir üst liqaya vəsiqə əldə eləyən iranlı burada 3000 dollar əməkhaqqı alacaq.
SPORTİNFO.AZ