
I Liqada üçüncü mövsümünə hazırlıq görən «Difai» növbəti yoxlama matçını keçirib.
Araz Bağırovun çalışdırdığı komanda «Sabah-2» ilə qarşılaşıb.
Bayılda yerləşən «ASCO Arena»da baş tutan görüş «fədailər»in qələbəsi ilə yekunlaşıb - 3:2.
Qarabağ qazilərinin təmsilçisinin heyətində yeni transferlər - Şahmar Aşurov, Hacıəli Şirəliyev və Musa Musazadə hərəyə bir dəfə fərqlənib.
Bu, «Difai»nin sayca üçüncü belə sınağıdır. Komanda daha öncə «Sumqayıt»ın 19 yaşlılarına 3:0 hesabıyla qalib gəlibsə, «Baku Sportinq»ə uduzub - 0:2.
Dördüncü sparrinq isə «Şimal» olacaq. I Liqanın debütantı ilə qarşılaşma avqustun 19-da düzənlənəcək.
SPORTİNFO.AZ