Azərbaycanda tanınmış şirkət klubun üzərindən əlini çəkdi, yeni himayədar tapıldı

1 Avqust 14:00 I Divizion 1 272
Azərbaycanda tanınmış şirkət klubun üzərindən əlini çəkdi, yeni himayədar tapıldı

«Azenko» ilə «Şahdağ» arasında 21 illik əməkdaşlıq başa çatıb.

Şirkət Qusar klubunun təsisçiliyindən imtina edib.

Bu, elə-belə olmayıb. II Liqanın çempionu olan «Şahdağ»a yeni himayədar tapılıb.

AFFA-nın vasitəçiliyi və köməkliyi ilə ortalığa çıxan müştəri şimal təmsilçisinə sponsorluq etməyə razılaşıb. Nəticədə «Azenko» klubu hüquqi formada qarşı tərəfə təslim eləməyə okey verib.

«Şahdağ» 2004-cü ildən «Azenko»nun balansında idi. Adıçəkilən şirkətin «Azərenerji»nin ovaxtkı prezidenti Etibar Pirverdiyevə yaxınlığı hər kəsə bəllidir.

O, «Azərenerji»nin rəhbəri olduğu illərdə əyalət komandasına pis-yaxşı vəsait ayırıb.

AFFA «Şahdağ»ı 2017-ci ilin əvvəlində I Liqadan kənarlaşdırandan sonra Pirverdiyev maliyyə dəstəyini dayandırmışdı. Nəticədə klub 6 il fəaliyyətini dayandırmalı olmuşdu.

Yalnız 2023-cü ilin sentyabrında, AFFA-nın həmin dövrdə prezidenti olan Rövnəq Abdullayev Etibar Pirverdiyevlə şəxsmi münasibətlərindən istifadə edərək, «Şahdağ»ı futbol səhnəsinə qaytara bildi.

Komanda II Liqada keçirdiyi ikinci mövsümdə çempionluq qazandı və I Liqaya yüksəldi. Ancaq bu, Pirverdiyevi olduğu yerdən tərpətmədi, ümidləndirmədi.

I Liqanın digər iştirakçıları növbəti sezonun hazırlıqlarına 15-20 gün qabaq start versə də, «Şahdağ» hələ yay istirahətindən qayıtmayıb. Təhvil-təslim daha bir neçə gün çəkəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Avqust 17:30 Çək və bizə göndər!