
İyulun 14-dən etibarən yeni mövsümün hazırlıqlarına start verən «Difai» ilk yoxlama matçını keçirib.
Araz Bağırovun çalışdırdığı komanda «Neftçi»nin Bakıxanov qəsəbəsində yerləşən bazasında «Sumqayıt»ın 19 yaşlıları ilə üz-üzə gəlib.
Qarşılaşma «fədailər»in 3:0 hesablı qələbəsiylə başa çatıb. Onların heyətində Kristian Kamta, Sila və Aleksey fərqlənib.
I Liqanın iştirakçısı önümüzdəki günlərdə daha 3 belə matça çıxacaq. Növbəti rəqib «Baku Sportinq»dir.
Qarabağ qazilərinin təmsilçisi Buzovna klubu ilə iyulun 31-də görüşəcək. Həmin oyun da «Neftçi»nin bazasında təşkil olunacaq.
SPORTİNFO.AZ