"Turan"da İSTİ GÜNDƏM - Belə bir VACİB XƏBƏR gəldi!

23 İyul 14:51 I Divizion 816
"Turan"da İSTİ GÜNDƏM - Belə bir VACİB XƏBƏR gəldi!

Bu gün Tovuz şəhər stadionunda yenidənqurma işlərinə başlanacaq.

«Turan Tovuz»dan redaksiyamıza verilən məlumata görə, prosesə süni qazonun sökülməsi mərhələsindən start veriləcək.

Sentyabrda sahəyə toxum səpiləcək. Buradan çıxarılan qazon küçəyə atılmayacaq.

Üç il öncə quraşdırılmış meydança klubun arenadan 2-3 metr məsafədə yerləşən yeni bazasına aparılacaq.

Yeni mövsümdən etibarən akademiyanın bir neçə yaş qrupu orada həm məşq keçəcək, həm də oyunlara çıxacaq.

Əsas komandaya gəlincə, artıq vəziyyət bəllidir: ev matçlarını Suraxanıda keçirəcəklər. «Turan Tovuz»la «Qarabağ» arasında bununla bağlı razılaşma əldə olunub.

«Köhlən atlar» öz qapılarını qərbli həmkarlarının üzünə açıb. Təqribən 3-4 ay belə olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 19:20 “Zirə” sata bilirmi?
23 İyul 17:30 Çək və bizə göndər!
23 İyul 16:20 "Zirə"dən son FOTOLAR
23 İyul 02:00 Konfrans Liqasında 4:2