6 min manatlıq tələb Neftçi"dən ayrılan yetirməni aşağı liqaya apardı

29 İyul 23:00 I Divizion 1 008
6 min manatlıq tələb Neftçi"dən ayrılan yetirməni aşağı liqaya apardı

"Neftçi" Samir Abasovun sərəncamında görmək istəmədiyi İsmayıl Zülfüqarlı ilə yolları ayırdı.

24 yaşlı müdafiəçinin yeni qərarı isə gözlənilməz oldu.

Belə ki, uzun müddətdir Premyer Liqada çıxış edən futbolçu yeni mövsümü "Şəfa"da keçirəcək.

24 yaşlı birinin indidən aşağı liqaya üz tutması ortaya suallar çıxarmış oldu.

Həqiqətənmi "ağ qaralar"ın yetirməsinin köməyinə ehtiyac duyan elita təmsilçisi olmayıb?

Amma azacıq araşdırma əsl həqiqəti ortaya çıxarmış oldu.

Əslində ən azı 3 Premyer Liqa klubu İsmayılın keçidindən maraqlı olub.

Danışıqlar isə uzun sürmədən bitib.

Maliyyə şərtlərinə görə.

Son mövsümü "Turan Tovuz"da keçirən futbolçunun aylıq maaş tələbi minimum 6 min manat olub.

Çünki "Şəfa"nın ona etdiyi təklifdə bu rəqəm yer alıb.

Ancaq qiyməti eşidəndən sonra elita təmsilçilərindən səs-soraq çıxmayıb.

Belədə Zülfüqarlı aşağı liqanın yolunu tutmalı olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti