Adı daim qalmaqallara qarışan baş məşqçi barədə yekun qərar verildi

10:40 I Divizion 993
Adı daim qalmaqallara qarışan baş məşqçi barədə yekun qərar verildi

Uzun müddətdir qarışıqlıq içində olan «Baku Sportinq»da gözlənrilən hadisə baş verib.

I Liqanın mənsubu Elman Sultanova qapını göstərib.

2024-cü ildə Buzovna təmsilçisini II Liqanın çempionu edən, ötən mövsüm isə I Liqada qalmaq tapşırığının öhdəsindən gələn mütəxəssisə onunla yolların ayrıldığı bildirilib.

Qəsəbə klubu 5 ay öncə sözügedən çalışdırıcı ilə müqavilənin müddətini yeniləmişdi. Kontrakt 2030-cu ilə kimi uzadılmışdı.

Bu, sadəcə, futbolçulara mesaj xarakteri daşıyırdı - biz Sultanovun arxasındayıq, siz gəldi-gedərsiz.

Amma…

Röyal Nəcəfovun oynayan məşqçi kimi komandaya geri qaytarılması ilə vəziyyət yenə dəyişdi.

Sultanov II Liqadakı çempionluqda mühüm rol oynamış hücumçunun 1 il sonra düşərgəyə dönməsinin əleyhinə idi və hamının içində ona «bilirəm, sən bura mənim «torba»mı tikməyə gəlmisən» deməklə, bir növ, rəhbərliyin əleyhinə çıxmış oldu.

Çünki Nəcəfov məhz idarəçilərin istəyi ilə ikinci dəfə «Baku Sportinq»in yolunu tutmuşdu. Və baş məşqçinin son hərəkətləri və söylədikləri «qumbara»nın fitilini çəkdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti