Azərbaycanda klubun rəhbərliyi məhkəməyə verilir – BORC QALMAQALI!

30 Aprel 20:20 I Divizion 486
Azərbaycanda klubun rəhbərliyi məhkəməyə verilir – BORC QALMAQALI!

I Liqada çıxış edən «Mingəçevir»in rəhbərliyi məhkəmə qarşısına çıxmalı olacaq.

Klubdan şikayətçi keçmiş məşqçisidir.

Ötən ilin avqustundan bu ilin yanvarınadək Ədahim Niftəliyevin qapıçılar üzrə köməkçisi işləmiş Elnar Kərimov onlar tərəfindən aldadıldığını bildirib və haqqını qorumaq üçün müvafiq instansiyaya baş vurmaq məcburiyyətində qalıb.

Mingəçevirli mütəxəssis Sportinfo.az-a açıqlamasında klubun onun qarşısında götürdüyü maliyyə öhdəliklərini yerinə yetirmədiyini söyləyib:

«Bir müddət əvvəl vəkil tutmuşam. Həmin vəkil prloblem barədə AFFA-nı məlumatlandırıb.

AFFA-dakılar da məsələni araşdırandan sonra klubla əlaqə saxlayıb, mənə olan borcun ödənilməsini tapşırıb.

Deyiblər ki, əgər borc bağlanmasa, «Mingəçevir» lisenziya almayacaq, çünki bütün sənədlər tər-təmiz olmalıdır.

Buradakılar isə yalnız ilk 6 aydakı maaş qalığını ödəmək istəyir. Yəni hər maaşdan qalan o 300 manatı.

Mən isə müqavilədə nəzərdə tutulan növbəti 5 ayın pulunu almalıyam. Ümumilikdə, 5000 manat mənə borcları var.

Yalandan deyirlər ki, yanvardan sonra məşqlərə gəlməmişəm. Halbuki bizə klubun İdarə Heyətinin sədri Nurlan Əhmədovun özü demişdi ki, Füzuli Məmmədovun məşqçi korpusunda olmayacaqsız, amma yayadək maaşınızı alacaqsız.

İndi də utanmaz-utanmaz akt yazıb 4 nəfərə qol çəkdiriblər ki, guya məşqlərdən yayınmışam. Mən bu məsələni belə qoymayacam.

Sənədləri hazırlayıb, məhkəməyə müraciət edəcəm. Güzəştə getmək fikrim yoxdur bunlara.

Görünür, klubdakılar AFFA-nı da vecinə almır. Ona görə də məhkəməyə baş vurmağa məcburam».

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!