“Baş məşqçi bizə gündə bir yalan danışır, daha ona inanmırıq”

17 Aprel 11:40 I Divizion 2 096
“Baş məşqçi bizə gündə bir yalan danışır, daha ona inanmırıq”

«Mingəçevir»in baş məşqçisi Füzuli Məmmədov komanda üzvlərini aldadıb.

Bu barədə saytımıza futbolçuların özləri məlumat verib.

Redaksiyamızla əlaqə saxlayan oyunçular onlara vəd olunan mükafatları hələ də ala bilmədiklərini söyləyib:

«Bizə deyilmişdi ki, hər oyunda mükafat olacaq. Söz verilmişdi ki, udun, 200 manat alacaqsız.

Yavnvarda yeni sponsor gələndən sonra dörd qələbə qazanmışıq, 1 qəpik də verməyiblər. Füzulidən soruşmaqdan yorulmuşuq, gündə bir yalan danışır.

Ümumiyyətlə, o, yalan danışmağa öyrəşib. Gah deyir, ASTA-nın rəhbəri xəstə yatır, onunla danışa bilmir, gah deyir, pul filan gün olacaq.

Həmin gün gəlir, deyir, nəsə problem çıxdı, pulu Bakıdan filan gün göndərəcəklər.

Açığı, bura toplaşan uşaqların çoxu elə pula görə gəlib. Hamımız istəyirik ki, üç-beş manat pul qazanaq.

Füzulinin vədlərinə inanıb, «Mingəçevıir»lə müqavilə imzalamışıq. Peşman olmuşuq.

Çünki şəraitimiz də yaxşı deyil. Gündə bir problem çıfxır.

Sizdən xahiş edirik ki, bizə köməklik göstərəsiz, qoy səsimiz gedib ASTA-nın rəhbərliyinə çatsın. Onların mkafatımızı verməyə güclərinin çatmamasına inanmırıq.

Burada nə isə var. İstərdik ki, səbəbini bilək. Füzulinin yalanlarını eşitməkdən yorulmuşuq. Ona inanmırıq».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti