İntizamsızlıq edən yerli və əcnəbi oyunçular komandadan qovuldu!

5 Aprel 2025 21:20 I Divizion 1 155
İntizamsızlıq edən yerli və əcnəbi oyunçular komandadan qovuldu!

Premyer Liqaya iddialı «İmişli» iki futbolçu ilə yollarını ayırıb.

Cavidan İzzətli və Gilyerme Souza düşərgədən uzaqlaşdırılıb.

Bu barədə qərarı klub rəhbərliyi verib. Onların göstərişinə əsasən, hər iki müdafiəçi komandadan kənarlaşdırılıb.

Səbəb yerli və braziliyalı oyunçuların daxili nizam-intizam kodeksini kobud şəkildə pozmasıdır. Odur ki, Cavidan və Gilyermeyə səhvini düzəltmək rüsxəti verilməyib.

«İmişli» I Liqanın liderlər qrupundadır. Aktivində 37 xal olan aranlılar turnir cədvəlinin 3-cü pilləsində məskunlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA