"Sponsor axtarışını davam etdiririk, uyğun şərtlətlə danışıq aparmağa hazırıq"

15:00 I Divizion 1 455
"Sponsor axtarışını davam etdiririk, uyğun şərtlətlə danışıq aparmağa hazırıq"

“Mövsümün əvvəlindən sponsor axtarışını davam etdiririk ”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Səbail”in mətbuat xidmətinin rəhbəri rəşad Məmmədov deyib.

«Səbail»də nəfəslər kəsilib - çətin günlər geridə qalmaq üzrədir. Yaxın günlərdə yeni sponsorluq müqaviləsi imzalanacaq.

Son anda aldatma, yaxud başqa bir neqativ hadisə baş verməsə.

«Dənizçilər» onlarla təklif olunan kontrakt şərtləri ilə razılaşıb.

Tanınan şirkətlərdən biri Bayıl təmsilçisini himayəsinə götürür. Tərəfdaşlıq planı uzunmüddətlidir.

«Səbail»in dadına yetişən şəxs futbol adamıdır. Cari mövsümün əvvəlində «Şəki Siti»nin idman direktoru olmuş Zamin Əsədullayev tərəflər arasında vasitəçilik missiyasını yerinə yetirib.

Perspektiv şirindir. Yeni portnyor sözünün arxasında dayansa, klub iddialı olacaq.

İnfrastruktura böyük diqqət ayrılacaq. Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparılacaq.

Akademiyanın fəaliyyəti bərpa ediləcək. İşçi heyətinin siyahısı genişləndiriləcək.

«Səbail» 2016-cı ilin yayında yaradılıb. Həmin il I Liqada debüt edən komanda çnmpionluq qazanıb və Premyer Liqaya buraxılıb.

2019-cu ildə isə ən böyük yüksəliş qeydə alınıb. Aftandil Hacıyevlə çempionatın bürünc medallarına yiyələnən «dənizçilər» Avropa Liqasında mübarizə aparıb.

2025-ci ilin yayında elitayla vidalaşan «dənizçilər»in rəsmisini dinləyək:

”Müxtəlif şəxslər və şirkət rəhbərləri ilə danışıqlarımız olur. Bu proses daim davam edir.

Uyğun şərtlətlə danışıq aparmağa hazırıq.Məsələ ilə bağlı hazırda konkret nəsə yoxdur, olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti