Premyer Lİqanı tərk edən klub baş məşqçi postuna kimi gətirdi? - SON DƏQİQƏ

13:00 I Divizion 2 036
Premyer Lİqanı tərk edən klub baş məşqçi postuna kimi gətirdi? - SON DƏQİQƏ

Premyer Lİqanı tərk edən «Karvan»ı kimin çalışdıracağı artıq bəllidir.

Yevlax təmsilçisi Ramiz Məmmədovu sükan arxasına gətirib.

Təcrübəli mütəxəssis bu postda Füzuli Məmmədovu əvəzləyib. Tərəflər arasında 1 illik anlaşmaya dair razılıq əldə olunub.

R.Məmmədov buna qədər «Mingəçevir»in başında dayanıb.

Ötən ilin yayında «işıqçılar»ın sükanı arxasına keçən çalışdlırıcı müqaviləni uzatmayıb.

O, klub daxilində yaranan qeyri-müəyyənlik üzündən fəaliyyətini davam etdirməyi lazım bilməyib.

Mingəçevir şəhərinin eyniadlı təmsilçisi Ramiz Məmmədovla uğurlu nəticəyə imza ataraq, mövsümü ikinci yerrdə tamamlayıb.

Premyer Liqaya vəsiqə uğrunda pley-off oyununda «Qəbələ»yə rəqib olan komanda Sumqayıtda 0:2 hesabıyla uduzub.

Aşağı liqa mənsubunda əsas problem maliyyə ilə bağlıdır. Ötən ilin sentyabrından, Adnan Əhmədzadənin həbsindən bəri «Mingəçevir»də maddi çatışmazlıq hökm sürür.

Nəticədə klubun məşqçi və futbolçularına böyük miqdarda borcu əmələ gəlib.

Aylardır maaş almayan kollektiv üzvləri çarəni AFFA-ya şikayət etməkdə görüb və kbmək istəyib.

SPORTİNFO.AZ

Qurbanovdan şikayətçi oldu:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!