Baş məşqçi müqaviləni uzatmadı - Problemlərin həll olunmaması üzündən

27 İyun 09:00 I Divizion 2 560
Baş məşqçi müqaviləni uzatmadı - Problemlərin həll olunmaması üzündən

I Liqada mübarizə aparan «Mingəçevir»də baş məşqçi ayrılığı yaşanıb.

Ötən ilin yayında «işıqçılar»ın sükanı arxasına keçən Ramiz Məmmədov müqaviləni uzatmayıb və artıq buradan ayrılıb.

O, klub daxilində yaranan qeyri-müəyyənlik üzündən fəaliyyətini davam etdirməyi lazım bilməyib.

Mingəçevir şəhərinin eyniadlı təmsilçisi Ramiz Məmmədovla uğurlu nəticəyə imza ataraq, mövsümü ikinci yerrdə tamamlayıb.

Premyer Liqaya vəsiqə uğrunda pley-off oyununda «Qəbələ»yə rəqib olan komanda Sumqayıtda 0:2 hesabıyla uduzub.

Aşağı liqa mənsubunda əsas problem maliyyə ilə bağlıdır. Ötən ilin sentyabrından, Adnan Əhmədzadənin həbsindən bəri «Mingəçevir»də maddi çatışmazlıq hökm sürür.

Nəticədə klubun məşqçi və futbolçularına böyük miqdarda borcu əmələ gəlib.

Aylardır maaş almayan kollektiv üzvləri çarəni AFFA-ya şikayət etməkdə görüb və kbmək istəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"