Azərbaycan klublarından 150 min dollar tələb edir

17 Oktyabr 2020 21:20 Zirə 767
Azərbaycan klublarından 150 min dollar tələb edir

Ötən mövsümü "Keşlə"də keçirən Sezar Meza Kollinin 6 aylıq fasilədən sonra Azərbaycana dönməsindən xəbərdarsız.

"Universitatya" ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında pozan paraqvaylı legioner hazırda Bakıda 3 klubla danışıqlar aparmasını da bilirsiz.

Rumıniya komandasından azad agent statusu alan yarımmüdafiəçi karyerasını yendən Premyer Liqamızda davam etdirməyə qərarlıdır. Bunun üçün onun tələb etdiyi müqavilə şərtləri yerinə yetirilməlidir.

Cənubi amerikalı legionerin istədiyi illik məbləğ isə 150 min dollardır. "Keşlə" Sezarın dönüşündə maraqlıdır, sadəcə, göstərilən rəqəmi ödəməyə gücü çatmır.

Çünki klub paraqvaylının belə bir vaxtda qayıdışını gözləmədiyindən, transfer büdcəsini başqa legionerlərin alınmasına xərcləyib və əlində bir o qədər pul qalmayıb.

"Qarabağ" hələ son qərarını verməyibsə, "Zirə" Sezarı güzəştə getməyə razı salmaq istəyir.

SPORTİNFO.AZ

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"