"Zirə" ucdantutma müqavilə uzatdı – 12 nəfərlə

2 İyun 2020 17:52 Zirə 723
"Zirə" ucdantutma müqavilə uzatdı – 12 nəfərlə

Sportinfo.az xəbər verir ki, "Zirə" müqaviləsi mayın 31-də başa çatan 12 futbolçu ilə yeni sözləşmə imzalayıb.

Qapıçılar Boyan Zoqoviç (Monteneqro), Orxan Sadıqlı, Abdulla Seyidəhmədov, müdafiəçilər Miloş Bakraç (Monteneqro), Adrian Skarlatake (Rumıniya), Alvaro Ampuero (Peru), Yovan Krneta (Serbiya), Bəxtiyar Həsənalızadə, yarımmüdafiəçilər Şafik Tiqruca (Fransa), Tellur Mütəllimov, Nicat Süleymanov və hücumçu Riçard Qadzenin (Qana) müqavilələrinin müddəti cari mövsümün sonunadək uzadılıb.

Bildirilib ki, mövcud vəziyyətə görə federasiya klublara standart müqavilələr göndərib və oyunçularla sözləşmə bunun əsasında yenilənib.

N.Abdullayev ("Qarabağ") və A.Ampuero ("Deportivo Munisipal", Peru) icarə əsasında "Zirə"də çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti