"Atletiko"dan Bakı klubuna gəldi, "yeni Eto" ola bilmədi

29 May 12:59 Zirə 457
"Atletiko"dan Bakı klubuna gəldi, "yeni Eto" ola bilmədi

Böyük ümidlər bəslənən afrikalı futbolçuların bir neçəsinin siyahısı hazırlanıb.

Sportinfo.az “goal.com”a istinadən xəbər verir ki, vaxtı ilə “yeni Eto” ləqəbini alan futbolçular indi gözləntilərin uzağında qalıb.

Siyahıda hazırda “Zirə”də çıxış edən Robin Nqalande də var. Məqalədə 27 yaşlı futbolçunun oyun üslubu ilə Etoya bənzədilən kamerunlu olmayan yeganə oyunçu olduğu qeyd edilir.

Hücumçudan “Atletiko”ya imza atdığında böyük gözləntilər olsa da, Nqalandenin hazırda Azərbaycanda çıxış etdiyi bildirilib.

Nqalande ilə yanaşı, siyahıda “Porto”da çıxış edən Vensan Abubakar, “Dinamo”da (Moskva) forma geyinən Klinton Nji və “Xonka”nın hücumçusu Jan Mari Donqunun adı yer alıb.

Nqalande 2010-12-ci illərdə “Atketiko” klubunda olub. O, Madrid təmsilçisinin heyətində heç bir oyunda çıxış etməyib. 27 yaşlı hücumçu 2017-ci ildən “Zirə”də forma geyinir.

Xəbər Lenti
2 İyul 10:10 Kamran Quliyevin sirki
2 İyul 01:38 Qalmaqallı ayrılıq