"Zirə"dən uzaqlaşdırıldı, AFFA-ya üz tutdu: "Mənə də bir iş verin"

17 Fevral 2020 18:30 Zirə 1 411
"Zirə"dən uzaqlaşdırıldı, AFFA-ya üz tutdu: "Mənə də bir iş verin"

«Qəbələ»nin sabiq baş məşqçisi Sənan Qurbanovun bugünlərdə AFFA-ya yollanmasını, burada icraçı vitse-prezident və baş katib Elxan Məmmədovla görüşməsi haqda oxucularımıza məlumat vermişdik.

Mövsümün əvvəlində əyalət klubundan uzaqlaşdırılan gənc mütəxəssis ondan iş istəyib.

Sportinfo.az-ın məlumatına görə, Sənan Qurbanovdan sonra daha bir məşqçi AFFA-nın qapısını döyüb.

2015-2016-cı illərdə «Zirə»ni çalışdırmış Adil Şükürov Elxan Məmmədovun qəbulunda olub və o da icraçı vitse-prezidentdən iş xahiş edib.

«Şüvəlan»ın ötən ilin yayında dağılmasından sonra getməyə yer tapmayan Şükürov federasiya rəhbəri ilə görüşündə problemlərinin çoxluğundan şikayətlənib.

Məmmədov Qurbanova söylədiyi sözləri ona da deyib. Bildirib ki, AFFA-nın həyata keçirəcəyi layihələrdə onları da nəzərə alacaqlar.

Xəbər Lenti