"Qarabağ"ı məğlub etmək şansımız var" - Adrian Skarlatake

23 Sentyabr 2019 13:54 Zirə 561
"Qarabağ"ı məğlub etmək şansımız var" - Adrian Skarlatake

"Qarabağ"ın gücünü və nəyə qadir olduğunu bilirik. Rəqibimiz çox güclü komandadır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin müdafiəçisi Adrian Skarlatake deyib.

Qəsəbə klubunun təcrübəli müdafiəçisi Premyer Liqanın 5-ci turu çərçivəsində bu gün “Qarabağ”a qarşı keçirəcəkləri oyunu şərh edib. Rumıniyalı stopper Ağdam təmsilçisini məğlub edə biləcəklərini söyləyib: "Qarabağ"a qarşı oyun çətin olacaq. Amma onları məğlub etmək şansımız var. Çünki “Qarabağ” 5 gün ərzində ikinci oyununa çıxacaq. Məncə, bu da önəmli məsələdir. Düzdür, heyətdə itkilərimiz var. Ancaq komandanın gücünə inanıram və yaxşı nəticə qazana bilərik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti