Medallar uğrunda mübarizə aparan "Zirə"nin maliyyə dayaqları bir qədər də güclənə bilər.
Sportinfo.az-ın məlumatına görə, Orxan Məmmədov fəxri prezidenti olduğu kluba yeni sponsarların cəlb edilməsi yönündə çalışmalara başlayıb.
2014-cü ildən futbola sərmayə yatıran gənc rəhbər bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən bir neçə böyük şirkətlə görüşlər keçirib. Orxan Məmmədov indiyədək "Azfar", "Bakcell", "Silk Way", "Kapital Bank", "Medikus" kimi tanınmış brendləri bu sahəyə gətirməyi bacarıb.

