Nazirliyin rəsmisinə "Zirə"nin prezidenti postu təklif olundu

17 Sentyabr 2019 17:31 Zirə 609
Nazirliyin rəsmisinə "Zirə"nin prezidenti postu təklif olundu

"Silk Way" sponsorluq etdiyi "Zirə" klubunun rəhbərliyi qarşısında yeni məsələ qaldırıb.

Sportinfo.az-ın məlumatına görə, holdinq öz nümayəndəsini klubun prezidenti postunda görmək niyyəti ilə "qartallar"a müraciət edib.

Həmin şəxs isə futbol ictimaiyyətinə kifayət qədər tanış şəxsdir. Uzun müddət AZAL-ın, daha sonra "Şüvəlan"ın vitse-prezidenti olmuş Fikrət Hüseynov Natiq İsmayılovun yerinə namizəd göstərilib.

"Sumqayıt"la səfərdəki son oyunu "Zirə" rəsmiləri ilə stadionda izləyən Hüseynova münasibət müsbət olsa da, klubun fəxri prezidenti Orxan Məmmədov onu vakant posta deyil, vitse-prezidentliyə layiq bilir.

Fikrət Hüseynov hazırda Gənclər və İdman Nazirliyinin futbol şəbəsinin müdiridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti