Rəşad Sadıqov erməni futbolçudan danışdı: “Gərginlik istəməzdim” - VİDEO

13 Avqust 2024 02:00 Zirə 919
Rəşad Sadıqov erməni futbolçudan danışdı: “Gərginlik istəməzdim” - VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasında rəqibləri olan “Osiyek”in (Xorvatiya) erməni futbolçusu Styopa Mkrtçyanın Bakıda meydana çıxacağı halda hansısa gərginlik yaranması təhlükəsi ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, o, deyib:

“Hansısa gərginlik istəməzdim. Hamımız əvvəl gərgin idik. İdman yarışlarında da belə olurdu.

Bu gün hansısa gərginliyə ehtiyac yoxdur. Biz qalibik.

Bəlkə onlar bizimlə qarşılaşanda, aqressiyaları olsun. Əvvəl rəqibin heyətində erməni olanda, düşünürdüm ki, qol vurmasın.

Böyük zəfərdən sonra məndə elə hiss qalmayıb. Futbolçularıma da hansısa xüsusi tapşırıq verməmişdim.

Komandasının aparıcı oyunçusudur. Sırf oyuna köklənməliyik. Həqiqətən önəmli oyuna çıxacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM