COP29

Norveçdən gəldi, çempionatımıza tərif yağdırdı, bu adamlara təşəkkür etdi

4 Noyabr 23:00 Zirə 613
Norveçdən gəldi, çempionatımıza tərif yağdırdı, bu adamlara təşəkkür etdi

“Azərbaycanda yaşamaq, burada oynamaq özüm üçün də maraqlı idi.

Bu gün burada olmaqdan məmnunam”.

“Zirə”nin yayda heyətinə qatdığı Ange Mutsinzi Sportinfo.az-a ölkəmizdəki vəziyyəti ilə bağlı danışıb.

Buna qədər Portuqaliya və Norveç kimi ölkələrdə oynamış ruandalı müdafiəçi üçün ölkəmiz yeni çağırışdır. O, burada olmaqdan məmnun olduğunu deyib,, çempionatın səviyyəsindən razı qaldığını bildirib:

“Premyer Liqanın səviyyəsi mənə görə çox yaxşıdır. Komandalar arasında inanılmaz rəqabət var ki, bu da hər bir futbolçuya zövq verir.

Azərbaycanda oynamaq mənim üçün çox rahatdır. Çünki komandaya gəldiyim ilk gündən məşqçi və futbolçu heyəti “Zirə”yə və yeni ölkəyə uyğunlaşmağım üçün əllərindən gələni etdilər. Hər birinə təşəkkür edirəm.

Mənim üçün önəmli olan çempionatdakı rəqabətdir. Bu, olduğu halda futbolçular təcrübə yığır, komandalar daha yaxşı formada olur”.

Ruanda millisinə də cəlb olunan Mutsinzi cari mövsümdə “Zirə”nin heyətində avrokuboklarda 8, Premyer Liqada 10 oyunda iştirak edib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti