COP29

“Təəssüf ki, bacarmadıq”

31 Oktyabr 08:50 Zirə 530
“Təəssüf ki, bacarmadıq”

“Dəqiq nəsə demək üçün oyunun təkrarına baxmaq lazımdır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin hücumçusu Rüstəm Əhmədzadə deyib.

Premyer Liqanın 11-ci turunda “Araz-Naxçıvan”la bərabərə (1:1) qaldıqları oyun barədə danışan forvard hesabda öndə olarkən ikinci qolu vurmadıqları üçün təəssüflənib:

“Rəqib heç nədən penalti qazandı. Halbuki “Araz-Naxçıvan”ın real qol epizodu yox idi.

Biz ikinci qolu vura bilərdik. Təəssüf ki, bunu bacarmadıq.

Halbuki hesabı 2:0 etsəydik, sonda daha rahat oynayardıq. Məncə, biz qələbəyə daha layiq idik.

Hansısa komandanın aşkar üstünlüyü olduğunu düşünmürəm. Meydanda daha çox mübarizə gedirdi və qapılar qarşısında real qol epizodları çox az idi”.

Digər Xəbərlər
Xəbər Lenti