"Zirə" - "Osiyek" matçının biletləri satışa çıxarıldı

13 Avqust 2024 01:10 Zirə 1 071
"Zirə" - "Osiyek" matçının biletləri satışa çıxarıldı

"Zirə"nin Bakıda Xorvatiya təmsilçisi "Osiyek"ə qarşı keçirəcəyi Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun biletləri satışa çıxarılır.

Sportinfo.az qəsəbə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər biletləri bugündən etibarən ala biləcəklər.

Qiymətlər sektorlara görə 2, 5, 10 və 20 manat təşkil edir.

Biletləri Zirə İdman Kompleksindən, "Dalğa Arena"dan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Avqustun 15-də "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:30-da start götürəcək. Xorvatiyadakı ilk görüşdə heç-heçə qeydə alınıb - 1:1.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”