"Bütün informasiyalar bizə ötürülüb" - Braziliyalı hücumçlu

24 İyul 2024 19:20 Zirə 847
"Bütün informasiyalar bizə ötürülüb" - Braziliyalı hücumçlu

"Zirə"nin hücumçusu Rafael Utziq Avropa Konfrans Liqasının "DAK 1904"lə ilk oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportinfo.az braziliyalı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

- Sabah çox vacib oyuna çıxacağıq. Baş məşqçi vasitəsilə rəqib komanda haqda mümkün bütün informasiyalar bizə ötürülüb. Bu oyunda sərfəli nəticə qazanmaq istəyirik.

- "Zirə"nin "DAK 1904"ü keçmək ehtimalı nə qədərdir?

- Təbii ki, komanda olaraq ötən mövsümdən bəri birlikdə çıxış edirik. Meydançada bir-birimizi yaxşı başa düşürük. Bu amili nəzərə alsaq, belə rəqiblərə qarşı layiqli mübarizə apara bilərik. Rəqibi elə də yaxşı tanımırıq. İlk dəfə onlarla qarşılaşacağıq. Sabah evdə oynayacağıq. Evdə və səfərdə qalib gəlib növbəti mərhələyə vəsiqə qazana bilərik.

Digər Xəbərlər
Xəbər Lenti