COP29

"Biz çempionatda “Qarabağ”dan sonra ikinci komandayıq"

11 İyun 01:10 Zirə 902
"Biz çempionatda “Qarabağ”dan sonra ikinci komandayıq"

"Zirə"nin sabiq hücumçusu Vladislav Kulaç qəsəbə klubunun başa çatan mövsümdəki çıxışından danışıb.

Sportinfo.az xəbər verir ki, “UkrFootball”a açıqlama verən ukraynalı forvard komandadan ayrılmasına da münasibət bildirib:

"Bu mövsüm göstərilən nəticələr komanda üçün olduqca yaxşıdır. Biz çempionatda “Qarabağ”dan sonra ikinci komandayıq, ona görə də mövsüm komanda üçün uğurlu oldu.

Şəxsən mənə gəlincə, təbii ki, daha yaxşı olmasını istərdim. Mikro zədələr istədiyim formada olmağıma maneçilik törətdi.

Lakin bütövlükdə həm mənim, həm də komanda üçün yaxşı mövsüm oldu. Azərbaycan çempionatındakı oyun səviyyəsi ilə Ukraynadakı oyun arasında ciddi fərq olduğunu deyə bilmərəm.

İndi hər ölkədə futbol oynamağı bacarırlar. Fikrimcə, yerli çempionat rəqabət və mübarizə baxımından ildən-ilə inkişaf edir.

Bu mövsüm, məsələn, son turda ikinci yeri də tuta bilərdik, beşinci yeri də. Mübarizənin son ana qədər davam etməsi çox maraqlıdır".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!