“Zirə”dən bir nəfər çıxıb hamıya söz verdi Kİ... ORALAR BİZLİKDİR!

13 Fevral 14:40 Zirə 276
“Zirə”dən bir nəfər çıxıb hamıya söz verdi Kİ... ORALAR BİZLİKDİR!

Premyer Liqada işləri qaydasında getməyən “Zirə” ölkə kubokunda yarımfinala yüksəldi.

İlk matçda “Səbail”i 2:1 hesabı ilə üstələyən qəsəbə təmsilçisi cavab qarşılaşmasında darmadağına sevindi – 3:0.

“Qartallar” mövsümü titulla başa vurmaq üçün yarımfinal mərhələsini də uğurla başa vurmalı, həlledici final görüşündə qələbəyə sevinməlidir.

Hətta bu baş verməsə belə, “Zirə”nin məqsədi çempionatda gümüş, yaxud bürünc medalları bayram edib ölkəmizi Avropa Konfrans Liqasında təmsil etməkdir.

Zirəlilərin yunanıstanlı müdafiəçisi Dmitrios Çantakias Sportinfo.az-a açıqlamasında gələcəklə bağlı danışaraq hər kəsə söz verib:

“Sizə bir söz deyim. “Zirə” azarkeşlərinə, baş məşqçimizə və bizi sevən hər kəsə söz verirəm ki, mövsümü uğurlu nəticə ilə başa vurmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.

Öncə baxımlı futbol göstərəcəyimizə, ardınca da avrokuboklara vəsiqə qazanmaq üçün üst pillələrdən birini tutacağımıza vəd verirəm.

Ölkə kubokunu qazanmaq isə əla olar. Hər şey öz əlimizdədir. Daha çox çalışmalı, daha çox istəməliyik”.

“Zirə” 21 turdan sonra 31 xal toplamaqla 4-cü pillədə qərarlaşıb.

Rəşad Sadıqovun çalışdırdığı kollektiv Premyer Liqanın 22-ci turunda “Sumqayıt”ı qəbul edəcək.

Fevralın 13-dəki oyun saat 17:15-də start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti