"Zirə"nin müdafiəçisi millidə qol ötürməsi verdi - VİDEO

23 Noyabr 2023 03:50 Zirə 414
"Zirə"nin müdafiəçisi millidə qol ötürməsi verdi - VİDEO

DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsinin oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, "Zirə"nin futbolçusu İssa Cibrillanın formasını geyindiyi Niger millisi öz meydanında Zambiyanı qəbul edib.

Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İssa Cibrilla da bu görüşün iştirakçısı olub. 27 yaşlı müdafiəçi matça start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib. O, komandasının ikinci qolunun məhsuldar ötürməsini edib.

2 turdan sonra 3 xal toplayan Niger yığmsı E qrupunda 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti