Ukraynalı hücumçu Azərbaycanda mövsümün qalan hissəsini buraxacaq

13 May 09:00 Zirə 420
Ukraynalı hücumçu Azərbaycanda mövsümün qalan hissəsini buraxacaq

"Zirə"nin hücumçusu Vladislav Kulaç cari mövsümün qalan hissəsini buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov evdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXIV tur oyunundan sonra açıqlama verib.

O, ukraynalı hücumçunun son iki turda meydana çıxmayacağını bildirib: "Yəqin ki, Kulaç üçün mövsüm bitdi. Onsuz da finişə cəmi 2 tur qalıb. Yeni mövsümə hazırlaşacaq".

"Kəpəz"lə oyunda zədələnən Vladislav Kulaç 17-ci dəqiqədə Toni Qomeslə əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər